Tərkibi:
"Best Cow" kərə yağı - 180 q.
Qabartma tozu - 1 ç. q. yarim
Limon - 1 -2 - ədəd (qabiği)
Portağal - 1 - 2 ədəd (qabiği)
Tumsuz üzüm 500 q.
Duru yağ - 100 ml.
Şəkər tozu - 270 q.
Yumurta - 4 ədəd
Süd - 150 ml.
Vanil - 1 ç. q.
Un - 400 q.
Hazırlanması:

Yumurta şəkər tozu ilə ağarana qədər çalinir.

Sonra çalınmış yumurtanin üzərinə kərə yaği və duru yağ əlavə edilir.

İndi süd və vanil əlavə edilir.

Sonra ələnmiş un və qabartma tozu əlavə edilir.

İndi sürtkəcin xirda gözündən keçirilmiş limon və portağal qabiğını əlavə edib yaxşı qarışdırırıq.
Sonra bu xəmir 10 dəqiqə durmalidir. 10 dəqiqədən sonra yuyulmuş, qurudulmuş üzümün 1/3 hissəsi əlavə edilir.

Diametri 28 sm. olan dairəvi soba qabını yağlayıb unlayırıq, xəmiri qaba tökürük.
180 dərəcədə isidilmiş sobada 10 dəqiqə bişiririk.
Sonra sobadan çixarib üzümü xəmirin üzərinə əlavə edirik, və yenidən 40 - 45 dəqiqəlik bişməyə qoyuruq.

Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır. Daha sonra servis etmək olar.

Və budur, piroqumuz hazırdır!

Nuş olsun!
(Tərcümə edilib)