Tərkibi:
180 q şəkər tozu
300 q ələnmiş un
1 ç/q. soda
1 x. q. sirkə
250 ml. su
190 ml. duru yağ
1 ç. q. vanilin
2 x. q. kakao
1 çimdik duz
Üzəri üçün
30 q şəkər kirşanı
20 q rəngli ulduzlar
Hazırlanması:
Bir qabda un, kakao, soda və duz qarışdırılır.
Ayrı bir qabda su və şəkər tozu qarışdırılır.
Sonra üzərinə duru yağ, sirkə və vanilin əlavə edilir.
Daha sonra bu qarışımın üzərinə hissə-hissə un qarışığı əlavə edilir və yaxşı qarışdırılır.
Dairəvi tort qabına yağlı kağız sərib, xəmiri əlavə edirik. ( Diametri 21 - 23 sm - dir)
180 dərəcədə isidilmiş sobada 35 - 40 dəqiqə ərzində bişiririk.
Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır.
Sonra üzərinə şəkər kirşani səpirik. Rəngli ulduzları da səpməyi unutmayın.
Daha sonra servis edin.
Buyurun, yumurtasiz piroqumuz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)