Qadin.NET / Xallı piroq (foto resept)

Xallı piroq (foto resept)

Tərkibi:

"Best Cow" kərə yağı - 125 q.

Un - 2 stəkan

Şəkər tozu - 200 q.

Qatıq - 200 q.

Yumurta - 5 ədəd

Sirkə - 1 x. q.

Soda - 1 ç. q. 

Kakao - 2 x. q.

 

Hazırlanması: 

 

İlk öncə kərə yağı əridilir, kənara qoyulur. 

Ayrı bir qabda yumurtanı şəkər tozu ilə ağarana qədər qarışdırırıq.

İndi əridilmiş kərə yağının üzərinə çalınmış qatığı əlavə edib yenidən qarışdırırıq.

Sonra üzərinə çalınmış yumurta kütləsini əlavə edirik.

Daha sonra ələnmiş un əlavə edib yaxşı qarışdırırıq.

İndi sirkə ilə sodanı qarışdırın və xəmirin üzərinə əlavə edib  yaxşı-yaxşı qarışdırın.

Hazır xəmiri iki hissəyə bölürük. Və xəmirin birinə kakao əlavə edirik.

Dairəvi soba qabını yağlayıb unlayırıq, ağ xəmiri qaba tökürük. 

Sonra üzərinə qaşıqla kakaolu xəmirimizdən əlavə edirik.

180 dərəcədə isidilmiş sobada 30 - 35 dəqiqə bişməyə qoyuruq.

  Və budur, piroqumuz hazırdır!

Nuş olsun!
 (Tərcümə edilib)
28 noyabr 2016
GO BACK