Tərkibi:
Xəmir üçün:
3 ədəd yumurta
150 q şəkər tozu
100 q ələnmiş un
1 ç/q. yarim qabartma tozu
75 q qoz ləpəsi
90 ml duru yağ
90 ml qazlı mineral su
30 q kakao
Üzəri üçün
100 q şokolad
50 q "Best Cow" kərə yağı
Hazırlanması:



İndi bir qabda un, kakao, qoz və qabartma tozu qarışdırılır.

Ayrı qabda yumurta ilə şəkər tozu çalınır.
Sonra çalınmış yumurtanın üzərinə hissə hissə un qarışıği əlavə edilir.
Daha sonra qazlı suyu və duru yağı əlavə edin, yaxşı qarışdırın.

Xəmir yağlanmış qaba qoyulur və 180 dərəcə temperaturda bişirilir.

Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır.
Soyudulmuş biskvitə 2 x. q. istənilən meyvə şirəsi çəkilir.

İndi şokoladı su hamamında əridirik. Sonra üzərinə 50 qr. kərə yağı əlavə edin, yağ əriyəndən sonra kənara qoyun.

Sonra əridilmiş şokoladı biskvitin üzərinə çəkirik.

Daha sonra servis etmək olar.
Budur, şokoladlı, qozlu biskvitimiz hazırdır!

Nuş olsun!
(Tərcümə edilib)