Tərkibi:
Un - 180 q.
Şəkər tozu - 250 q.
"Best Cow" kərə yağı - 40 q.
Qabartma tozu - 1 ç. q. yarım
Badam unu - 50 q.
Yoqurt - 120 q.
Yumurta - 3 ədəd
Darçın - 1 ç. q.
Heyva - 1 ədəd
Limon - 1 ədəd
Qoz ləpəsi - 2 x. q.
Vanilin - 5 q.
Bir qabda un, 220 q. şəkər tozu və badam unu qarışdırılir.
Sonra üzərinə darçın, vanil, şəkər tozu və qabartma tozunu əlavə edirik.
İndi yaxşi qarışdırmaq lazımdır.
Sonra əridilmiş yağı unun üzərinə əlavə edilir.
Sonra unun üzərinə yumurta və yoqurt əlavə edilir.
Yavaş - yavaş mikserlə və ya qaşıqla qarışdırmaq lazımdır.
Keks qabını yağlayırıq, sonra qabın içinə un səpirik.
Qabı bu cür hazırlamağın adi bilirsinizmi necə adlanır? "Fransiz köynəyi" adlanır!
Və hazır xəmiri qaba tökürük.
Sonra soyumuş heyva dilimlərinin hər birini una batırıb xəmirin üzərinə qoyuruq.
Sonra xəmirin üzərinə doğranmış qoz ləpəsi səpilir.
180 dərəcədə 30 - 40 dəqiqə bişiririk.
Son da üzərinə şəkər kirşanı səpə bilərsiniz.
Buyurun, heyvəli piroqumuz hazırdır!
Nuş olsun!