Tərkibi:
Un - 200 - 250 q.
Şəkər tozu - 150 q.
Xama və ya kefir - 200 ml.
Yumurta - 2 ədəd
Qabartma tozu - 2 ç. q.
"Best Cow" kərə yağı - 100 q
Kakao - 2 x. q.
Vanilin - 1 ç. q.
Üzəri üçün:
"Best Cow" kərə yağı - 50 q.
Şəkər tozu - 3 x. q.
Kakao - 3 x. q.
Süd - 3 x. q.
Hazırlanması:
Yumşaq kərə yağı ilə vanilin və şəkər tozu mikserlə yaxşı qarışdırılır.
Çalınmış yağın üzərinə yumurta əlavə edirik.
Sonra üzərinə xama əlavə edirik.
Daha sonra üzərinə un və qabartma tozu əlavə edib yaxşı qarışdırırıq.
Hazir xəmiri iki hissəyə bölürük. Və xəmirin birinə kakao əlavə edirik.
Maffinləri bişirəcəyimiz qabları kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.
Kakaolu xəmirdən 1 - 2 x. q. qabın içinə qoyuruq.
Sonra ağ xəmirdən 1 - 2 x. q. kakaolu xəmirin üzərinə əlavə edirik.
Sonra yenə kakaolu xəmirimizdən əlavə edirik, amma doldurmamaq şərti ilə çünki maffinlərimiz şişməlidir.
180 dərəcədə 25 - 30 dəqiqə bişiririk.
Maffinlər tam soyuyana qədər qlazur hazırlanır.
Qlazuru hazırlamaq üçün yağı, şəkər tozunu, kakao və südü 1 - 2 dəqiqə qaynadırıq.
Qlazur bir az soyuyanda maffinlərin üzərinə əlavə edirik.
Maffinər hazırdır!
Bu da maffinlərin iç görünüşü.
Nuş olsun!
(Tərcümə edilib)