Qadin.NET / Almalı kekslər (foto resept)

Almalı kekslər (foto resept)

Tərkibi:

Un - 1 - 2/3 stəkan

Şəkər tozu - 2/3 stəkan.

Yumurta - 2 ədəd

Qabartma tozu - 1 paçka

"Best Cow" kərə yağı - 150 q.

Şəkər kirşanı - 50 q.

Darçın - 1 - 2 ç. q.

Limon - 1 ədəd

Duz - 1 çimdik

Alma - 10 ədəd

Hazırlanması: 

 

Almalı kekslər (foto resept)

 

Yumşaq kərə yağı ilə şəkər tozunun yarısı mikserlə yaxşı çalınır.

Şəkər tozu tam qarişanda üzərinə 1 yumurta əlavə edin, və şəkərin ikinci yarısını tökün.

Çalmağı dayandırmadan ikinci yumurtanı əlavə edin. Yenə yaxşı qarışdırırıq.

İndi almaları yuyuruq, sonra qabığını təmizləyib şəkildəki kimi xırda doğrayırıq.

Amma almanin üzərinə tez tez limon şirəsi sixin ki, doğranmış almalar qaralmasın.

Hazır doğranmış alma, yarım litrlik balonun içi nə qədər tutur, xəmirə o qədər lazımdır.

 

Almalı kekslər (foto resept)

 

Sonra çalınmış kütlənin üzərinə un, duz və qabartma tozu əlavə edib yaxşı qarışdırırıq.

İndi doğranmış alma xəmirin üzərinə əlavə edilir və yenə yaxşı qarışdırırıq.

Keks bişirəcəyimiz qabları kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.
Sonra xəmirimizi doldurmamaq şərti ilə qablara əlavə edirik.

 

Almalı kekslər (foto resept)

 

200 dərəcədə 20 - 25 dəqiqə bişiririk.

Kekslərimiz hazır olduqdan sonra soyumağa qoyuruq. 

Son da üzərinə şəkər kirşanı ilə darçını qarışdırıb səpə bilərsiniz. 

Almalı kekslər hazırdır!

Almalı kekslər (foto resept)
Nuş olsun!
 (Tərcümə edilib)
16 noyabr 2016
GO BACK