Qadin.NET / Şokoladlı bananlı keks (foto resept)

Şokoladlı bananlı keks (foto resept)

Tərkibi:

Un - 180 q.

 Şəkər tozu - 200 q.

"Best Cow" kərə yağı - 120 q.

Xama - 130 q. - 15 % -li

Yumurta - 2 ədəd 

Kakao - 40 q.

Soda - 1 ç. q.

Banan - 2 ədəd

Vanilin - 2 q.
Hazırlanması:   

 

Şokoladlı bananlı keks (foto resept)

 

Əvvəlcə yumurta ilə şəkər tozu çalınır.

 

Şokoladlı bananlı keks (foto resept)

 

Sonra kərə yağı əridilir.

 

Şokoladlı bananlı keks (foto resept)

 

İndi bir qabda un, kakao, soda və vanili qarışdırırıq.

Sonra əridilmiş yağın üzərinə çalınmış yumurta və xama əlavə edilir.

Daha sonra un qarışımını yavaş-yavaş əlavə edirik. İndi xırda doğranmış bananı əlavə edirik.

Sonra yaxşı qarışdırın. 

Şokoladlı bananlı keks (foto resept)

Keks qabını yağlayırıq, sonra qabın içinə un səpirik, və hazır xəmiri qaba tökürük. 

Şokoladlı bananlı keks (foto resept)

 

160 dərəcədə isidilmiş sobada 50 - 60 dəqiqə bişiririk. 

Biskvitimiz hazır olduqdan sonra, öz qabında soyumağa qoyuruq.

Şokoladlı bananlı keks (foto resept)
Sonra biskvitin tam soyumağını gözləyirik.

Üzərini isə, öz zövqünüzə görə bəzək verə bilərsiz.

Şokoladlı bananlı keks (foto resept)

 Və budur, şokoladlı bananlı keksimiz hazırdır! 

 

Şokoladlı bananlı keks (foto resept)

 

Nuş olsun!  nyam
   (Tərcümə edilib)
9 noyabr 2016
GO BACK