Qadin.NET / Kəsmikli kekslər (foto resept)

Kəsmikli kekslər (foto resept)

Tərkibi:

Un - 150 q.

Şəkər tozu - 200 q.

Kəsmik - 400 q.

Yumurta - 3 ədəd

Qabartma tozu - 1 x. q. 

Nişasta - 100 q.

"Best Cow" kərə yağı - 200 q.

Limon - 1 ədəd

Hazırlanması: 

Yumşaq kərə yağı ilə şəkər tozu mikserlə yaxşı qarışdırılır.

Sonra çalınmış yağın üzərinə kəsmik əlavə edirik.

İndi yumurta əlavə edirik.

Sonra sürtgəcin xırda gözündə, rəndələnmiş limon qabığı əlavə edirik.

Daha sonra üzərinə nişasta və qabartma tozu əlavə edirik.

İndi ələnmiş unu əlavə edib yaxşı qarışdırırıq.
Keks bişirəcəyimiz qabları kərə yağı ilə yağlayırıq. Bir az un səpirik. Ya da ki, hazır kağız qoyuruq.
Sonra xəmirimizi doldurmamaq şərti ilə əlavə edirik. Çünki kekslərimiz şişməlidir.
200 dərəcədə 20 - 25 dəqiqə bişiririk.
Kəsmikli kekslər hazırdır!
Nuş olsun!
 (Tərcümə edilib)
10 noyabr 2016
GO BACK