Tərkibi:
Un - 200 q.
Şəkər tozu - 120 q.
Yumurta - 1 ədəd
Qabartma tozu - 1 ç. q.
Şokolad - 100 q.
"Best Cow" kərə yağı - 50 q.
Süd - 250 ml.
Duz - 1 çimdik
Armud - 3 ədəd
Hazırlanması:
Bir qabda unu, duzu, qabartma tozu və şəkər tozunu qarışdırırıq.
Üzərinə yumurta və kərə yağı əlavə edirik, yaxşı qarışdırırıq.
Üzərinə az - az süd əlavə edirik.
Yaxşı qarışdırırıq.
İndi armudları yuyuruq, sonra şəkildəki kimi xırda doğrayırıq.
Bişirəcəyimiz qabları kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.
İndi xəmirimizi əlavə edirik.
Sonra üzərinə içliyi əlavə edirik. Daha sonra üzərinə yenə xəmir əlavə edirik.
180 dərəcədə20 - 25 dəqiqə bişiririk.
Armudlu maffinlər hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)