Qadin.NET / Bəyaz brauni "Blondi" (foto resept)

Bəyaz brauni "Blondi" (foto resept)

Tərkibi:

Un - 1 stəkan

Şəkər tozu - yarım stəkan

Yumurta - 2 ədəd

Qabartma tozu - 1 paçka 

Ağ şokolad - 200 q.

Vanilin - 1 ç. q.

Yerfındığı - 150 q.

"Best Cow" kərə yağı - 150 q.

Hazırlanması:
 
Bəyaz brauni  "Blondi" (foto resept)

Əvvəlcə şokoldı və kərə yağını su hamamında əridirik. Sonra kənara qoyuruq soyumaq üçün. 

Bəyaz brauni  "Blondi" (foto resept)

Sonra yumurtanın üzərinə şəkər tozu əlavə edib qarışdırırıq.

Bəyaz brauni  "Blondi" (foto resept)

İndı isə çalınmış yumurta ilə əridilmiş şokoladı birləşdiririk.

 

Bəyaz brauni  "Blondi" (foto resept)

İndi, qovrulmuş yerfındığını bıcaqla xırdalayırıq.
Bəyaz brauni  "Blondi" (foto resept)

İndı isə un, qabartma tozu, duz və vanilin əlavə edirik.

 Sonra xəmirin üzərinə xırdalanmış yerfındığı əlavə edirik. 

Bəyaz brauni  "Blondi" (foto resept)

Biskiviti bişirəcəyimiz qabı yağlayırıq, bir az un səpib alınan qarışığı əlavə edirik.

180 dərəcədə 25 - 30 dəqiqə bişir.

Hazır biskviti soyutduqdan sonra, hissələrə bölürük.

  Buyurun, braunimiz hazırdır!
Bəyaz brauni  "Blondi" (foto resept)
Nuş olsun!
 (Tərcümə edilib) 
4 noyabr 2016
GO BACK