Qadin.NET / Burma (foto resept)

Burma (foto resept)

Tərkibi:
Qat qat xəmir - 500 q.
Krem üçün:
1 -ci krem. Qatlaşdırılmış süd - 1 qutu
"Best Cow" kərə yağı - 200 q.
Vanilin
2 - ci krem.  Qaymaq - 250 q.  35 %

  Şəkər kirşanı - 150 q.

Vanilin

Hazırlanması: 

Qat - qat xəmir yayılır.   

Sonra kəsilir, xəmirin eni 3 sm olmalıdır. 

İndi perqament kağızından konus şəklində bükün, içini lazımsız kağızla doldurun ki, bükülmüş kağız yatmasın.

Sonra şəkildəki kimi xəmiri bükün.

Perqament kağızı yoxdursa, onda folqadan da etmək olar konus şəklində bükün.

Sonra istəsəniz üzərinə yumurta sarısı çəkə bilərsiniz.
Yumurtanin sarısına sarı rəng də əlavə edə bilərsiz.

List yağlanır üzərinə burmaları şəkildəki kimi yığırıq.

180 dərəcədə 20 - 25 dəqiqə bişiririk.

İndı isə, keçirik kremin hazırlanmasına.

1 - ci krem. Soyuq qaymağin üzərinə vanilin və şəkər kirşanı əlavə edin və mikserlə yaxşıca çalın.

2 - ci krem. Yumşaq kərə yağı çalınır, sonra üzərinə qatlaşdırılmış süd və vanilim əlavə edilir və yenidən çalırıq.

 Burmamız hazır olduqdan sonra soyumağa qoyuruq.

Daha sonra soyumuş burmaların içinə mətbəx şprisi ilə istədiyiniz kremi yerləşdirin.

Bu isə, qaymaqli kremdən doldurulub.

Son da üzərinə şəkər kirşanı səpirik. 

Burda isə üzərinə şəkər tozu səpilib. 

Burma (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

1 dekabr 2016
GO BACK