Tərkibi:
"Best Cow" kərə yağı - 120 q
Qabartma tozu - 7 q.
Manna yarması - 160 q.
Şəkər tozu - 180 q.
Darçın - 1/2 ç. q.
Alma - 7 ədəd
Un - 130 q.
Hazırlanması:
Bir qabda un, qabartma tozu, şəkər tozu, darçın və manna yarmasını qarışdırırıq.
İndi isə içliyi hazırlayırıq:
Piroqumuzu bişirəcəyimiz qabı kərə yağı ilə yağlayırıq. Sonra qabın dibinə kağız səririk.
Sonra yenə çəkilmiş alma unun üzərinə əlavə edilir və hər tərəfə yayırıq.
Sonra üzərinə un əlavə edirik.
Daha sonra unun üzərinə yenə alma əlavə edirik və hər tərəfə yayırıq.
İndi yenə almanın üzərinə un səpirik.
Soyuducudan dondurulmuş kərə yağını çıxarıb sürtgəcin xırda gözündən keçiririk.
Sonda üzərinə rəndələnmiş kərə yağı əlavə edilir.
Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır. Daha sonra servis etmək olar.
Nuş olsun!