Tərkibi:
Yumurta - 4 ədəd
"Best Cow" kərə yağı - 400 q.
Şəkər tozu - 1 stəkan yarım
Xama - 15 % - li - 400 q.
Soda - 2 ç. q.
Vanilin - 1 paket
Un - 2 kq.
Duz - 1/2 ç. q.
Ərik çemi - 1 kq.
Şəkər kirşani
Hazırlanması:
Yumşalmış kərə yağının üzərinə vailin, duz və şəkər tozu əlavə edib qarışdırırıq.
İndi isə xamanı əlavə edirik.
Bir qabda un və sodanı qarışdırırıq.
Sonra çalınmış yağın üzərinə un əlavə edib qarışdırıb, xəmir yoğururuq.
Xəmiri kündələrə ayırırıq.
Yəni 4 kündə edirik və sallofana büküb 1 saat soyuducuya qoymaq lazımdır.
Qıraqların kəsərək formaya salırıq. Amma, bu kəsilmiş biskvitlər lazim olaçaq.
Hazır piroqa cem çəkildikdən sonra, korjun qıraqlarını əzib piroqun üstünə tökmək üçün ovuntu hazırlanır.
Sonra hazır ovuntu piroqun üzərinə vurulur.
Daha sonra üzərinə şəkər kirşanı səpilir.
Hazır piroqun üstünü örtüb, cemi canına yaxşı çəkməsi üçün bir geçə saxlamaq lazımdır.
Lap yaxşı olar ki, piroq bir gün sonra dilimlənilib süfrəyə verilsin. Dadını onda hiss edəçəksiniz.
Nuş olsun!