Tərkibi:
Xəmir üçün:
Yumurta - 3 ədəd
"Best Cow" kərə yağı - 110 q.
Şəkər tozu - 200 q.
Soda 1 ç. q.
Kakao - 75 q.
Süd - 250 ml. üzərinə 1 x. q. limon şirəsi əlavə edin, və 2 - 3 dəqiqə saxlayib sonra xəmirə əlavə edin.
Vanilin - 1 paket
Un - 200 q.
Duz 1/2 ç. q.
Üzəri üçün:
"Best Cow" kərə yağı - 150 q.
Şəkər tozu - 150 q.
Badam - 170 q.
Bal - 80 q.
Hazırlanması:
Ayri bir dərin qaba un, duz, soda və kakao ələnir, qarışdırılır.
Başqa bir dərin qabda yumuşaq kərə yağı, vanil və şəkər tozu mikserlə çırpılır, sonra bir bir yumurta əlavə edilir və hər bir yumurtadan sonra qarışdırılır, sonra ikinci yumurta əlavə olunur, yenə qarışdırılır, yenə yumurta əlavə edilir.
İndi südün yarısını əlavə edin və yaxşı qarışdırın.
Sonra un əlavə edin, qarışdırın, sonra süd əlavə edin. Yenə qarışdırın.
Və beləliklə bu qarışımı beləcə birləşdirin. ( Un + süd, un + süd).
İndi hazir xəmiri, əvvəlcə hazırladığımız soba qabının içinə əlavə edirik.
180 dərəcədə 50 dəqiqə bişiririk.
Hazır piroqu sobadan çıxardıqdan sonra 10 dəqiqə soyumasını üçün öz qabında gözləmək lazımdır.
Sonra soba qabını bir list üzərinə çevirin və 5 dəqiqə də belə durmalıdır.
Daha sonra servis etmək olar.
Nuş olsun!