Tərkibi:
Un - 550 - 600 q.
Süd - 160 ml.
Şəkər tozu - 60 q.
"Best Cow" kərə yağı - 125 q.
Yumurta - 3 ədəd
Maya - 1 ç. q.
Duz - 1/4 ç. q.
İçlik üçün:
Gavalı - 8 ədəd
Darçın - 1 ç. q.
Şəkər tozu - 2 x. q.
Üzəri üçün:
1 - ədəd yumurta
Hazırlanması:
İlk olaraq südü qızdırırıq. İlıq südün üzərinə undan başqa bütün ərzaqlari əlavə edib qarışdırırıq.
Sonra mayalı xəmirin üzərinə un ələyib yumşaq xəmir yoğururuq. Ən az 1 saat xəmiri dinləndiririk.
Xəmir hazır olduqdan sonra xəmirin üzərinə sallofan çəkib 40 dəqiqəlik müdətinə isti yerə qoymaq lazımdır.
İçlik hazırlanması üçün yuyulmuş gavalıları iki bölürük.
Sonra ayrılmış gavalıların üzərinə darçın və şəkər tozu səpirik və qarışdırırıq.
Yayılmış xəmiri bökdükdən sonra, üzərinə para gavalı qoyulur.
İndi xəmiri bükməyə başlayırıq.
Bişirəcəyimiz qablara yığıb üzərinə dəsmal səririk.
Daha 20 - 30 dəqiqə gözlədikdən sonra üzərinə yumurta çəkib 200 dərəcədə 15 - 20 dəqiqə bişiririk.
Və gavalılı bükməmiz hazırdır!
Bu da kəsilmiş halda iç qörünüşü.
Nuş olsun!
(Tərcümə edilib)