Tərkibi:
Yumurta - 3 ədəd
"Best Cow" kərə yağı - 30 q.
Şəkər tozu - 1 st.
Alma 4 - 6 ədəd
Un - 1 st.
Manna yarması - 2 - 3 x. q.
Soba qabını bir az kərə yağı ilə yağlayırıq.
Sonra yağlı kağız sərin və həmin kağızı bir az yağlayıb üzərinə bir az manna yarması səpirik.
İndi yumurtanı ağlı- sarılı bir yerdə mikserlə möhkəm çalırıq.
Sonra mikseri söndürmədən üzərinə şəkər tozu əlavə edin.
Və yenidən mikserlə yaxşıca çalırıq.
İndi isə, ələnmiş unu əlavə edirik.
Unu əlavə edəndə çox ehtiyala qarışdırmaq lazımdır.
Mikserinizin sürətini bir az azaldın.
Və qarışımı almanın üzərinə əlavə edirik.
180 dərəcədə 20 dəqiqə bişirmək lazımdır, 20 dəqiqədən sonra sobanın istiliyini 100 dərəcəyə endiririk.
Piroqumuz hazır olduqdan sonra soyumağa qoyuruq.
Zövgə gorə sonra üzərinə şəkər kirşanı da səpə bilərsiz.
Nuş olsun!