Qadin.NET / Kəsmikli bananli pirog (foto resept)

Kəsmikli bananli pirog (foto resept)

Tərkibi:

Yumurta - 1 ədəd

"Best Cow" kərə yağı - 100 q.

Şəkər tozu - 50 q.

Un - 200 q.

Duz - 1 çimdik

İçlik üçün:

Şəkər tozu - 4 x. q.

Kəsmik - 200 q. 

Banan -2 ədəd

Xama - 3 - 4 x. q.

Portağal qabığı - 1 ədəd

Vanil - 1/2 ç. q.

Çəkilmiş badam - 3 - 4 x. q.

Hazırlanması:

Əvvəlcə un ələnir, üzərinə duz və şəkər tozu əlavə edilir və yaxşı qarışdırılır.

Sonra unun üzərinə soyuq yağ əlavə edirik və yağı bıçaqqla doğrayırıq.

Sonra xırdalanmış yağla unu çəngəllə ovub lap xırda umac edirik. 
 Xəmir hazır olduqdan sonra onu sallofana büküb bir saat soyuducuda saxlayırıq. 
İndi içliyi hazirlayaq:
Yumurta və şəkər tozunu blenderdə çalırıq.
Sonra üzərinə üyüdülmüş badam, kəsmik, xama, vanil
və sürtkəcin xırda gözündən keçirilmiş portağal gabığı əlavə edin və blenderdə yaxşi çalırıq.
Piroqun xəmirini yağlanmış listə yerləşdirdikdən sonra tez üzərinə içliyi əlavə edin. 

Piroq 190 dərəcə isidilmiş sobada 50 - 60 dəqiqə bişirilir.

Bişmiş piroq sobadan çıxarılıb soyudulması üçün bir kənara qoyulur.

Bundan sonra piroqun üzəri bəzədilir. 

Piroqumuz bişdikdən sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz. 

Ardında üzərinə doğranmış badamla, ya da ki doğranmış şokoladla bəzəyirik və soyuması üçün kənara qoyulur. 

Kəsmikli bananli pirogumuz hazırdır!

Nuş olsun!

 (Tərcümə edilib)
10 sentyabr 2016
GO BACK