Qadin.NET / Gavalılı piroq (foto resept)

Gavalılı piroq (foto resept)

Tərkibi:

 "Best Cow" kərə yağı - 70 q

Yumurta - 2 ədəd

Şəkər tozu - 170 qr

Qabartma tozu - 2 ç. q.

Un - 1 st. 

 Gavalı - 500 q

Vanilin - 5 qr

Hazırlanması:

Gavalılı piroq (foto resept)

Əvvəlcə gavalıları yuyuruq, iki yerə bölünərək tumları çıxarılır.

Sonra da xırda doğrayırıq.

Gavalılı piroq (foto resept)

Şəkər tozu və yumurta möhkəm çalınır.

Gavalılı piroq (foto resept)

Sonra başqa bir qabda kərə yağını əridirik. Bir az soyuduruq.

Gavalılı piroq (foto resept)

İndi əridilmiş kərə yağının üzərinə çalınmış yumurta əlavə edib qarışdırırıq.

Sonra üzərinə ələnmiş un, qabartma tozu və vanilin  əlavə edib yaxşı-yaxşı qarışdırırıq.

Gavalılı piroq (foto resept)

Sonra üzərinə doğranmış gavalıları əlavə edib yavaş-yavaş qarışdırırıq.

Gavalılı piroq (foto resept)
Piroqumuzu bişirəçəyimiz qaba  folqa kağızı səririk. Və xəmiri qaba əlavə edirik. 
İndi 20 qr. kərə yağı xırda-xırda doğranır və xəmirin üzərinə goyulur.
 Sonra da yağın üzərinə 2 x. q. şəkər tozu səpilir, şəkildə gördüyünüz kimi. 
Gavalılı piroq (foto resept)
Və 180 dərəcədə 45 dəqiqə bişiririk.
Gavalılı piroq (foto resept)
Və gavalı piroqumuz hazırdır!
Gavalılı piroq (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)
6 sentyabr 2016
GO BACK