Tərkibi:
Yumurta - 3 ədəd
"Best Cow" kərə yağı - 100 q.
Şəkər tozu - 100 q.
Qabartma tozu - 2 ç. q.
Un - 200 - 250 q.
Alma - 300 q.
Banan - 2 ədəd
Darçın - 2 ç. q.
Üzəri üçün:
Şəkər tozu - 70 q.
"Best Cow" kərə yağı - 50 q.
Süd - 50 ml.
Kakao - 30 q.
Hazırlanması:
Əvvəlcə almaları yuyub iki yerə bölünərək tumları çıxarılır.
Sonra xırda-xırda doğrayırıq.
Bananları da təmizləyib xırda-xırda doğrayırıq, sonra da çəngəllə yaxşı əzirik.
Əzilmiş bananın üzərinə yumşaq kərə yağı əlavə edib yaxşı-yaxşı qarışdırıq.
Sonra üzərinə yumurta əlavə edirik.
Qarışdırırıq.
Sonra üzərinə darçın və şəkər tozu əlavə edirik.
Yaxşı qarışdırırıq.
İndi üzərinə doğranmış almaları əlavə edirik.
Qarışdırırıq.
Sonra üzərinə un və qabartma tozu əlavə edib qarışdırırıq.
Piroqu bişirəcəyimiz qabı azca yağlayıb xəmirimizi əlavə edirik. Soba qabının diametri 26 sm - dir.
180 dərəcədə 35 - 40 dəqiqə bişiririk.
İndi üzəri üçün olan qlazur hazırlayaq:
Kərə yağı, süd, şəkər tozu və kakao qarışdırılır.
Sonra bu qarışımı vam odda qarışdıra-qarışdıra qaynadırıq. Bir az qatlaşanda altını söndürürük.
Piroq bişdikdən sonra sobadan götürüb elə isti-isti üzərinə qlazur tökürük.
Nuş olsun!