Qadin.NET / Meyvəli piroq (foto resept)

Meyvəli piroq (foto resept)

Tərkibi:

Un - 150 - 200 q.

 Yumurta - 2 ədəd

Şəkər tozu - 100 q.

"Best Cow" kərə yağı - 100 q.

Qabartma tozu - 1 ç. q.

Vanilin - 1 ç. q.

Üzəri üçün:

Şəkər tozu - 100 q.

"Best Cow" kərə yağı - 125 q.

Un - 100 - 150 q.

Badam  ya da fındıq - 100 q.

İçlik üçün:

Gavalı - 500 q.

Nektarin, şaftalı ya da ki, nektarın yerinə alma və ya armud - 300 q.

 

Hazırlanması: 

Əvvəlcə kərə yağı ilə şəkər tozunu və vanilin mikserlə yaxşı qarışdırırıq.

Sonra üzərinə yumurta əlavə edib yenidən mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Un və qabartma tozunu əlavə edirik, yaxşı qarışdırırıq və xəmir hazırdir.

İndi badamı blenderdə və ya mətbəx kombaynında üyüdürük.

Başqa bir dərin qabda üyüdülmüş badamla şəkər tozunu qarışdırın.

Sonra üzərinə yumşaq kərə əlavə edin və əlinizlə ovun.

İndi yağla ovulmuş badamın üzərinə un əlavə edin və yenidən əlinizlə ovun ki, umac kimi olsun.
 

Meyvələri yuyuruq, tumları çıxarılır. Nazik dilimlər şəklində kəsilir.

 Diametri 29 sm. olan soba qabını azca yağlayırıq və xəmirimizi içinə əlavə edirik.

Sonra doğranmış meyvələri xəmirin üzərinə əlavə edirik və hər tərəfə yayın.

İndi hazır badamlı umac meyvələrin üzərinə səpilir.

180 dərəcədə 40-45 dəqiqə bişiririk.

Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır.

Daha sonra servis etmək olar. 

Meyvəli piroqumuz hazırdır.

Nuş olsun!

 (Tərcümə edilib)
5 sentyabr 2016
GO BACK