Qadin.NET / Moruqlu piroq (foto resept)

Moruqlu piroq (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un - 225 q.

 Yumurta - 1 ədəd

Şəkər tozu - 75 q.

"Best Cow" kərə yağı - 100 q.

Qabartma tozu - 1/2 ç. q.

Duz 1 çimdik

İçlik üçün:

 Moruq - 300 q.

Şəkər tozu - 2 x. q.

Üzəri üçün:

Un - 225 q.

Şəkər tozu - 75 q.

"Best Cow" kərə yağı - 150 q.

Hazırlanması: 
 

İlk öncə əridilmiş kərə yağı, ilə yumurta və şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra üzərinə unu, duzu və qabartma tozunu əlavə edirik. Və yaxşı qarışdırıb xəmir edirik.

Diametri 24 /24 olan soba qabına yağlı kağız sərib, xəmiri əlavə edib əlimizlə düzəldirik.

180  dərəcə isidilmiş sobada 20 dəqiqə ərzində bişiririk.

Biskvitimiz hazır olduqdan sonra 20 dəqiqə soyuması üçün gözləmək lazımdır.


İndi moruqları yayılmış xəmirin üzərinə tökürük.

Sonra üzərinə şəkər tozu əlavə edirik.

Üzəri üçün olan ərzaqlari qarışdırırıq:

Əvvəla xırda doğranmış soyuq yağla unu və şəkər tozunu  əlimizlə ovuruq, sonra xəmirin üzərinə tökürük.

Yenidən 180 dərəcəli sobada 25 - 30 dəqiqə üzəri qızarana kimi bişiririk.

Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır. Daha sonra servis etmək olar. 

 

Nuş olsun!

 (Tərcümə edilib)
4 sentyabr 2016
GO BACK