Qadin.NET / Kivili piroq (foto resept)

Kivili piroq (foto resept)

Tərkibi:

Yumurta - 2 ədəd

"Best Cow" kərə yağı - 50 qr

Şəkər tozu - 50 qr

Qabartma tozu - 2 ç. q.

Un - 100 - 150 qr

 Kivi - 500 qr

Vanil - 5 qr

Üzəri üçün:

Şəkər tozu - 100 qr

Yumurta - 2 ədəd

Qaymaq - 150 ml - 33 - 35 % - li

Kəsmikli pendir (Almette və ya Xoxland) - 150 qr

Hazırlanması:

Əvvəlcə kiviləri soyuruq, yuyuruq. Sonra xırda - xırda doğrayırıq.

İndi kərə yağı ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Çalinmış yağın üzərinə yumurta əlavə edib yenidən qarışdırırıq.

   

Unu, vanili və qabartma tozunu da əlavə edirik.

 Piroqu bişirəcəyimiz qabı azca yağlayıb xəmirimizi əlavə edirik.

Qaymağı mikserlə yaxşıca çalın, üzərinə şəkər tozu əlavə edin. 

Sonra üzərinə yumurta əlavə edirik. Qarışdırırıq.

İndi üzərinə pendir əlavə edirik. Və yenidən qarışdırırıq.

Sonra doğranmış kivi xəmirin üzərinə əlavə edilir və hər tərəfə yayılır.

İndi çalınmış qaymağı kivinin üzərinə əlavə edirik.

180 dərəcədə 35-40 dəqiqə bişiririk.

Dadlı kivili piroqumuz hazırdır.

Nuş olsun!

 (Tərçümə edilib)
1 sentyabr 2016
GO BACK