Qadin.NET / Biskvitli moruqlu piroq (foto resept)

Biskvitli moruqlu piroq (foto resept)

Tərkibi:

Un - 200 q.

 Yumurta - 3 ədəd

Şəkər tozu - 100 q.

Kərə yağı - 125 q.

Qabartma tozu - 1 ç. q.

Xama - 2 x. q. 20 % - li

Vanil - 1 ç. q.

 Moruq - 200 q.

Hazırlanması: 

 

Əvvəlcə 3 ədəd yumurtanın ağını sarısından ayırın. 

Ayırdığınız ağları mikser qabına tökün və üzərinə şəkər tozunun yarısını əlavə edin və möhkəm çalın.

Sarılarını isə, tamamilə kənar bir qaba tökün.

Reseptimizdə yumurta sarılarından istifadə etməyəcəyimiz üçün nə istəsəniz, onu da bişirə bilərsiniz. 

İndi kərə yağı ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra xama və vanilin əlavə edib yenidən qarışdırırıq.

İndi unun yarısını və qabartma tozunu da əlavə edirik.

Sonra çalınmış yumurta ağını əlavə edib yenidən qarışdırırıq, amma qaşıqla. 

İndi unun ikinci yarısını əlavə edin və yenə də qaşıqla qarışdırın.

Diametri 21 və ya 24 olan soba qabını kərə yağı ilə yağlayırıq, un səpirik  və xəmirimizi içinə əlavə edirik.

Sonra moruqları da xəmirin üzərinə düzürük.

Əgər moruqda turş dad çox hiss olunursa, onda piroqun üzərinə 1 x. q. şəkər tozu əlavə edin.

 Və sonra əvvəlcədən isidilmiş soboya yerləşdirin.

Piroq 180 dərəcədə 25 - 30 dəqiqə hazır olana qədər bişirilir.  

 Son da üzərinə şəkər kirşanı da səpə bilərsiniz.

Dadlı moruqlu piroqumuz hazırdır!

Nuş olsun!

 (Tərcümə edilib)
6 iyul 2017
GO BACK