Qadin.NET / Gavalılı piroq (foto resept)

Gavalılı piroq (foto resept)

Tərkibi:

Yumurta - 4 ədəd

Şəkər tozu - 190 qr

Qabartma tozu - 5 qr

Un - 140 qr

 Gavalı - 8 ədəd 

Vanil - 5 qr

 

Hazırlanması:

Əvvəlcə 4 ədəd yumurtanın ağını sarısından ayırın. 

Ayırdığınız ağları mikser qabına tökün və 2-3 dəqiqə möhkəm çalin.

Sarılarını isə tamamilə kənar bir qaba tökün.

Bu ərəfədə şəkər tozunu əlavə edib yenə çalırıq. 

İndi isə, un, vanil və qabartma tozunu əlavə edirik.

 Unutmayın, bu ərəfədə mikserinizin sürəti çox az olmalidir. 

Çox ehtiyatla qarışdırın.

Sonra qarışımın üzərinə kənarda çalınmış yumurta sarısı əlavə edilir və yenidən çalınır.

Sonra xəmir belə köpüklənəçək, şəkildə gördüyünüz kimi.

Piroqumuzu bişirəçəyimiz qaba kağiz səririk. Və xəmiri qaba yerləşdiririk. 
İndi gavalıları yuyub iki bölürük və xəmirin üzərinə düzürük.
Piroq 200 dərəcədə 50 dəqiqə hazır olana qədər bişirilir.
  Sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz.
 Buyurun, gavalı piroqumuz hazırdır!

Nuş olsun!

 (Tərçümə edilib)
31 avqust 2016
GO BACK