Qadin.NET / Gavalılı piroq (foto resept)

Gavalılı piroq (foto resept)

Tərkibi:

Xəmir üçün:

 Süd - 125 ml

"Best Cow" kərə yağı - 75 qr

Şəkər tozu - 50 qr

Duz -  1/4 ç.q. 

Quru maya - 2 ç.q.

Yumurta - 1 ədəd

Un - 325 qr

Limon qabiği -  1 ç.q.

İçlik üçün:

Kəsmik - 500 qr 18 % -li

Süd - 125 ml

Yumurta - 2 ədəd

Şəkər tozu - 75qr

Un - 75 qr

Limon şirəsi - 2 x. q.

Gavali - 600 qr

Vanil - 1 ,. q.

Üzəri üçün:

Xama - 500 qr - 22 % - li

Yumurta - 2 ədəd

Un - 25 qr

Şəkər tozu - 60 qr

Şəkər kirşani üzəri üçün

Hazırlanması: 

 

İlk olaraq südü qazana töküb vam odda qızdirmağa goyuruq,

 sonra üzərinə yağ və şəkər tozu əlavə edib yaxşı qarışdırın. 

Şəkər tozu tam əriyənə qədər qarışdirin, sonra altını söndürün və otaq temperaturuna qədər qözləyin.

 İliq südün üzərinə quru maya əlavə edin, sonra yaxşi qarişdirin ki, quru maya yaxşi qarışsın.

İndi həmin qarışımın üzərinə sürtkəcin xırda gözündə rəndələnmiş limon qabığı,

duz və yumurta əlavə edin ve yaxşı qarışdırın.

Sonra ələnmiş un əlavə edirik və yumşaq xəmir yoğururuq. 

  Üzəri örtülərək gəlməsi üçün 1 saat  30 dəq. kənara qoyulur isti yerə. 

İçliyi hazırlamaq ücün bütün ərzaqları kəsmiyin üzərinə əlavə edib yaxşıca çalırıq.

Sonra gavalı yuyulur, tumları çıxarılır, doğranılır(dörd yerə bölünür). 

Xəmiri sobada bişirmək üçün qaba kağiz yerləşdiririk, sonra xəmiri qoyub kənarlarını əlimizlə düzəldirik.

Sonra xəmirin üzərinə içlik üçün olan qarişdirilmiş kəsmik kütləsini çəkirik.

Daha sonra doğranmiş gavalılari kəsmiyin üzərinə düzün. 

İndi üzəri üçün olan ərzaqlar calinir:

Xama, şəkər tozu, yumurta və un yaxşi qarışdırılır, sonra bu kremi düzülmüş gavalilarin üzərinə çəkirik.

180 dərəçədə  45 - 50  dəqiqə bişirin. 

Bişdikdən sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz. 

Və budur, gavalili piroqumuz hazırdır! 

Gavalılı piroq (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)
25 avqust 2016
GO BACK