Tərkibi:
Ərik - 500 q.
Şəkər tozu - 150 q.
Yumurta - 5 ədəd
Un - 200 - 250 q.
Qabartma tozu - 2 ç. q.
Şəkər tozu - 150 q.
"Best Cow" kərə yağı - 150 q.
Vanil - 1 ç.q.
Hazırlanması:
Yumşalmış kərə yağının üzərinə vanil, şəkər tozu əlavə edib qarışdırırıq.
Çalinmiş yağin üzərinə yumurtanin sarilarini əlavə edib yenidən qarışdırırıq.
İndi isə, un və qabartma tozunu az-az əlavə edib qarışdırırıq.
Yumurtanın ağını ayrıca mikserlə çalırıq.
Və yumurtanın sarısina əlavə edirik.
Diametri 24 sm. olan soba qabıni yağlayıb azça un səpirik xəmirin yarisini əlavə edirik.
Sonra üzərinə təmiz iki bölünmüş ərikləri düzürük.
Indi xəmirin ikinçi hissəsini əriklərin üzərinə əlavə edin.
Sonra 180 dərəçədə 45 - 50 dəqiqə bişirin.
Və piroqumuz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)