Tərkibi:
Un - 60 qr
Manna yarması - 160 qr (yani - 1 stakan)
Şəkər tozu - 200 qr
Qatıq - 150 qr
Kəsmik - 200 qr
Qabartma tozu - 1 ç. q.
Yumurta sarısı - 2 ədəd
Yumurta - 2 ədəd
Qara qarağat - 300 qr
Şəkər kirşanı - 50 qr
Hazırlanması:
İlk öncə qatıq üzərinə manna əlavə edib qarışdırırıq.
İndi yumurtanın sarısını, və 2 yumurtanı ağlı- sarılı bir yerdə əlavə edib mikserlə çalırıq.
Sonra 20 dəqiqə gözləyirik ki, bir az köpsün.
İndi, kəsmik və şəkər tozunu da əlavə edib, yenidən mikserlə yaxşı çalırıq.
Qarağatı yuyub quruduruq. Sonra qarışıma əlavə edib qarışdırırıq.
Unu və qabartma tozunu da əlavə edirik.
Unu əlavə edəndə çox ehtiyala qarışdırmaq lazımdır.
Piroqu bişirəcəyimiz qabı yağlayıb azca un səpirik. Və qarışımı əlavə edirik. 180 dərəcədə 40 - 50 dəqiqə bişirmək lazımdır.
Piroqumuz hazır olduqdan sonra soyumağa qoyuruq.
Zövgə gorə sonra üzərinə şəkər kirşani da səpə bilərsiz.