Qadin.NET / Albalılı piroq (foto resept)

Albalılı piroq (foto resept)

Tərkibi:

 Albalı - 250 q

Qatıq - 1 stakan

Yumurta - 3 ədəd

Un - 1 stakan

Qabartma tozu 1 ç.q.

Şəkər tozu - 1 stakan

Şəkər kirşani üzəri üçün

Hazırlanması: 

Albalılı piroq (foto resept)

 

İlk öncə albalıları yuyuruq, sonra tumlarını çıxardırıq.

Albalılı piroq (foto resept)

İndi yumurta ilə şəkər tozunu mikserlə yaxşı qarışdırırıq.

Albalılı piroq (foto resept)

Sonra üzərinə qatıq əlavə edirik və yenidən qarışdırırıq.

Albalılı piroq (foto resept)

Unu və qabartma tozunu da əlavə edirik.

Albalılı piroq (foto resept)

Çox ehtiyatla qarışdırın, bu ərəfədə unu qaşıqla qarışdırmaq lazımdır.

Albalılı piroq (foto resept)

Bır daha yaxşıca qarışdırın.

 

Albalılı piroq (foto resept)

 

Xəmiri yağlanmış qaba yerləşdirin. 

Albalılı piroq (foto resept)

Sonra albalıları da üzərinə düzürük.

Və 180 dərəcədə 40 - 45 dəqiqə bişiririk.

Albalılı piroq (foto resept)

Bişdikdən sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır.

Və sonra üzərinə şəkər kirşani səpirik.  Daha sonra servis edin. 

Albalılı piroq (foto resept)

Dadlı albalılı piroqumuz hazırdır!

Albalılı piroq (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)
14 iyul 2016
GO BACK