Tərkibi:
Kök - 2 ədəd
Badam - 300 qr
Şəkər tozu - 200 qr
Yumurta - 4 ədəd
Un - 50 qr
Limon qabığı - 3 yemək qaşığı
Darçın - 1 çimdik
Qabartma tozu
Hazırlanması:
Əvvəlcə 2 kökü rəndələdikdən sonra dərin bir qaba qoyuruq. Ardından badamı mətbəx kombaynında üyüdüb köklə qarışdırırıq.
Yumurtalar ağ və sarıya ayrılır. Sarılar şəkər tozunun yarısı ilə (100 qr) çırpılır, ona un, qabartma tozu, darçın və limon qabığı əlavə edilir.
Başqa bir dərin qabda yumurta ağları və şəkər tozunun digər qalanı köpüklənənə qədər çırpılır, kök və badamlı xəmirə əlavə edilib taxta qaşıqla ehmalca qarışdırılır.
Xəmir yağlanmış qəlibə qoyulur və 180 dərəcə temperaturda 1 saatdan az olaraq bişirilir.
Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır. Daha sonra servis etmək olar.
Nuş olsun!