Tərkibi:
Çiyələk - 200 q
Un - 300 q
Şəkər tozu - 150 q
Yumurta - 1 ədəd
Qabartma tozu - 1 ç. q.
Soda - 1/4 ç. q.
Süd - 180 ml
"Best Cow" kərə yağı - 120 q
Ağ şokolad - 100 q
Duz - 1/4 ç. q.
Limon şirəsi - 1 x. q.
Hazırlanması:
Yaği şəkər tozu ilə mikserlə çalırıq.
Sonra üzərinə ələnmiş un, soda və qabartma tozu, azca duz əlavə edib yaxşı-yaxşı qarışdırırıq.
Sonra süd əlavə edib qarişdiririq, sonra yenidən un əlavə edirik xəmirin üzərinə.
Bir daha yaxşi qarışdırmaq lazımdır.
Sonra içlik əlavə edirik.
Çiyələkləri yuyub şəkildə gördüyünüz kimi xirda doğrayırıq.
Maffinlərimizi bişirəcəyimiz qablara kağızdan olan xüsusi qabları yerləşdiririk. Xəmirimizi əlavə edirik.
180 dərəcədə 30 dəqiqə bişiririk.
Soyuduqdan sonra üzərinə şəkər kirşani səpirik.
Çiyələkli maffinlər hazırdır.