Qadin.NET / Çiyələkli piroq(foto resept)

Çiyələkli piroq(foto resept)

Tərkibi:

Un - 2 st.

Şəkər tozu - 300 q

"Best Cow" kərə yağı - 150 q

Yumurta - 2 ədəd

Soda 1 ç. q. + Sirkə 1 x. q. (söndürülmüş halda əlavə edin)

Xama - 2 x. q.

Çiyələk - 300 q

Hazırlanması: 

İlk öncə yağ və şəkər tozunu çəngəllə yaxşı-yaxşı qarışdırırıq.

İndi yumurta sarısını əlavə edib yenə qarışdırırıq. 

   

Xama və söndürülmüş sodanı da əlavə edirik.

Sonra unu da əlavə edib xəmir yoğururuq. Xəmir 5 - 10 dəqiqə toxunmaz qalır.

Yumurta ağı 200 qram şəkər tozu ilə beze olana qədər çalınır.

Çiyələkləri yuyub quruduruq. Əgər çiyələklər böyükdürsə, iki hissəyə bölə bilərsiniz.

Əgər kiçikdirsə, bütöv də istifadə edə bilərsiniz.

Biskiviti bişirəcəyimiz qabı yağlayırıq, bir az un səpib alınan qarışığı əlavə edirik.

Çiyələkləri də üzərinə düzürük, və bezeni tökürük ciyələklərin üzərinə. 
150 dərəcədə hazır olana qədər isidilmiş sobada bişirilir.

Dadlı çiyələkli piroqumuz hazırdır.

Çiyələkli piroq(foto resept)

Nuş olsun!

 (Tərcümə edilib) 
25 iyun 2016
GO BACK