Tərkibi:
Un- 150 q
Yumurta-4 ədəd
Süd- 300 ml
Şəkər tozu-250-q
Limon- 1 ədəd
"Best Cow" kərə yağı- 30 q
Duz
Qabartma tozu- 1 paket
Hazırlanması:
Unun üzərinə duz, şəkər tozu qabartma tozu əlavə edib qarışdırırıq.
Yumurtanın sarısını, kərə yağı və sürtkəcdən keçirilmiş limon qabığını qarışdırırıq.
Limonun suyunu da əlavə edib mikserlə yaxşı-yaxşı qarışdırırıq.
Yumurtanın ağını da ayrıca mikserlə çalırıq.
Və yumurtanın sarına əlavə edirik. Keksimizi bişirəcəyimiz qabı yağlayıb azca un səpirik.
Və qarışımı əlavə edirik. 180 dərəcədə 30 dəqiqə bişirmək lazımdır.
Keks bişdikdən sonra üzərinə şəkər pudrası səpiririk.
Nuş olsun!