Tərkibi:
Un- 200 q
"Best Cow" kərə yağı-100 q
Şəkər tozu- 150 q
Xama- 100 q
Yumurta- 2 ədəd
Vanilin
Qabartma tozu- 1 paket
İçlik:
Çiyələk-200 q
Şəkər tozu- 2-3 x.q
Hazırlanması:
İlk öncə çiyələyi blenderdən keçiririk. Üzərinə şəkər tozu əlavə edirik. Yüksək odda suyu çəkilənə kimi bişiririk. Soyumasını gözləyirik.
Yumşalmış kərə yağının üzərinə vanil, şəkər tozu əlavə edib qarışdırırıq.
Yumurta əlavə edib yenidən qarışdırırıq.
İndi isə xamanı əlavə edirik.
Unu az-az əlavə edib yenidən qarışdırırıq. Biskiviti bişirəcəyimiz qabı yağlayırıq. Xəmirin bir hissəsini əlavə edirik.
Sonra içliyin yarısını şəkildə gördüyünüz kimi xəmirin üzərinə əlavə edirik. Sonra bir az xəmir, yenə içlik və sonda yenə xəmirin qalan hissəsini əlavə edirik.
170 dərəcədə 1 saat bişiririk.
Çiyələkli biskivitimiz hazrdır.
Nuş olsun!