Qadin.NET / Kakaolu piroq (foto resept)

Kakaolu piroq (foto resept)

 Kakaolu piroq (foto resept)

Tərkibi:

Un-250 q

"Best Cow" kərə yağı- 100 q

Kakao- 1 x.q

Qabartma tozu 2 paçka

Şəkər pudrası- 2 x.q

Süd- 2-4 x.q

İçlik:

Kəsmik- 500 q

Yumurta- 2 ədəd

Nişasta- 1 x.q

Limon qabığı- 1 x.q

Vanil- 2 paçka

Hazırlanması:

Kakaolu piroq (foto resept)

Bir qabda unu, kakao, qabartma tozu və şəkər pudrasını qarışdırırıq.

Kakaolu piroq (foto resept)

Üzərinə kərə yağı və südü əlavə edirik.

Kakaolu piroq (foto resept)

Xəmiri yoğurub iki hissəyə bölürük. Soyuducuya yerləşdiririk. Ən az 1 saat soyuducuda qalmalıdır.

Kakaolu piroq (foto resept)

İndi isə içliyi hazırlayırıq.

Kakaolu piroq (foto resept)

Kəsmiyin üzərinə yumurtanın sarısını əlavə edirik. Nişastanı da əlavə edib qarışdırırıq.

Kakaolu piroq (foto resept)

Vanil də əlavə edib blenderlə yaxşı-yaxşı qarışdırmaq lazımdır.

Kakaolu piroq (foto resept)

Yumurtanın ağını da başqa bir qabda mikserlə çalırıq.

Kakaolu piroq (foto resept)

Kakaolu piroq (foto resept)

Sonra kəsmiyin üzərinə əlavə edib qarışdırırıq. Piroqumuzu bişirəcəyimiz qabı kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.

Kakaolu piroq (foto resept)

Soyuducudan xəmirimizin birini çıxarıb sürtgəcin iri gözündən keçiririk.

Kakaolu piroq (foto resept)
Sonra üzərinə içliyi əlavə edirik.
Kakaolu piroq (foto resept)
Sonra içliyin üzərinə ikinci kündəmizi sürtgəcdən keçiririk.
Kakaolu piroq (foto resept)
180 dərəcədə 45-50 dəqiqə bişiririk. Piroqumuz hazırdır.
Kakaolu piroq (foto resept)

Nuş olsun!

 

Tərcümə olunub

6 iyun 2016
GO BACK