Tərkibi:
"Best cow" kərə yağı-200 q
Un - 200 q
Şəkər tozu- 200 q
Yumurta- 5 ədəd
Kartof nişastası- 3 x.q
Hazırlanması:
Kərə yağını otaq temperaturunda saxlamaq lazımdır ki, yumşaq olsun.
Və ya əridə də bilərsiniz.
Sonra üzərinə şəkər tozu əlavə edib yaxşı-yaxşı qarışdırırıq. ( blenderdən də istifadə edə bilərsiniz)
Sonra üzərinə yumurtanı əlavə edirik.
Sonra nişastanı əlavə edib yenidən qarışdırmaq lazımdır.
Sonda un əlavə edib yenidən qarışdırırıq.
Alınan qarışıq xamaya bənzəməlidir. Vafli bişirmək üçün olan cihazı əvvəlcədən qızdırırıq.
Və 1 xörək qaşığı əlavə edib bişirməyə başlayırıq.
Vaflilərimiz bişdikdən sonra zövqə görə kremlə, balla və ya cemlə yeyə bilərik.
Nuş olsun!
Tərcümə edilib.