
400 qr peçenye
200 qr yağ
İç üçün:
600 qr pendir
200 ml 33-35%-li qaymaq
3 yumurta
150 qr şəkər
2 ç.q. vanil
200 qr şokalad

Pendiri zövqə görə seçə bilərsiniz,çizkeklər üçün Filadelfiya,Maskarpone pendirləri uyğun görünür
Yağ əridilir

Peçenye xırdalanır

Peçenyeyə yağ əlavə edilib qarışdırılır

Yağla peçenye diametri 24-26 sm olan duxovka formasına və ya kek qabına şəkildəki kimi yayılır və soyuducuya qoyulur

Pendir şəkərlə qarışdırılır və mikserlə az surətlə çırpılır

Qaymaq əlavə olunub yenə mikserlə az sürətlə çırpılır

Yumurta əlavə olunub qarışdırılır

Vanil çubuğu rəndələnir,ya da vanil şəkəri qoyulub qarışdırılır

Alınmış kütlə yağlı peçenye qarışımının içərisinə tökülür

Su hamamı üsulu ilə şokalad əridilir

Ərimiş şokalad çizkekin üzərinə tökülür

Bir çubuq köməyi ilə şəkildəki kimi qarışdırılır

Duxovka formasının kənarları folqa kağızı ilə elə örtülür ki,folqa qabın içərisinə bükülmüş olsun
(bu ona görə edilir ki,su kekin içərisinə girməsin)

Çizkek olan qabı başqa böyük bir duxovka qabına qoyulur.Böyük qabın içinə su çizkekin olduğu qabın yarısına çıxana qədər tökülür.
Əvvəcədən 180 dərəcədə isidilmiş duxovlkaya qoyulur.1 saat bişirilir.
Hazır kek təmamən soyuduqdan sonra kəsilib servis edilir.
Kəsmədən əvvəl soyuducuda 3-4 saat gözlətsəniz daha yaxşıdır.

Nuş olsun!
Resept http://www.say7.info/ saytindan tercume olunub