Tərkibi:
3 ədəd yumurta
1 st şəkər tozu
1,5 st un
1 paket qabartma tozu
1 paket vanilin
100 ml duru yağ
Hazırlanması:
Yumurtaları mikserlə çalırıq.
Üzərinə şəkər tozu əlavə edirik.
Daha sonra duru yağ əlavə edirik.
Vanilin və qabartma tozu əlavə edilir.
Ardınca unu əlavə edirik.
Soba listinə perqament kağızı sərib yağlayırıq və qarışımı əlavə edirik.
Əvvəlcədən 180 dərəcədə qızdırılşım sobada 10 dəqiqə bişiririk.
Sobadan çıxaran kimi isti-isti bükürük.
Soyuduqdan sonra açıb istənilən içlik çəkirik. Cem, mürəbbə, qatılaşdırılmış süd və.s Mən kremlə etdim.
İçlik çəkildikdən sonra yenidən bükürük.
Nuş olsun!