Tərkibi:
Şokaladlı biskvit üçün:
180 qr "Best Cow" kərə yağı
150 qr şəkər tozu
4 ədəd yumurta
100 qr un
250 qr şokolad
Qabartma tozu
Xallı biskvit:
80 qr "Best Cow" kərə yağı
2 ədəd yumurta
120 qr şəkər tozu
140 qr un
Qabartma tozu
Vanilin
4 x/q su
Zövqə uyğun istənilən qida boyası
Hazırlanması:
Əvvəlcə xallı keksi hazırlayaq. Yumurta, şəkər tozu mikserdə çalınır.
Yumuşalmış yağ, un, qabartma tozu, vanilin, su, qida boyası əlavə edilib çalınır.
Sellikon xırda gözlü forma yağlanılır.
Xəmir mətbəx şprisi ilə formaya yerləşdirilir, 180 dərəcədə isidilmiş sobada hazır olana qədər bişirilir.
Hazır biskivitlər tez bir zamanda isti-isti bir-birinə birləşdirilir.
Şokoladlı keksi hazırlamaq üçün yumuşaldılmış yağla şəkər tozu çalınır.
Yumurtalar bir-bir əlavə edilib çalınılır.
Un, qabartma tozu, yumuşaldılmış şokolad əlavə edilib çalınır.
Keks formasına yağlı kağız sərilib yağlanılır. Hazırladığımız dairələrin yarısı düzülür, uzərinə şokoladlı xəmirin yarısı əlavə edilir.
Yerdə qalan dairələr də yenidən düzülüb qalan xəmir də üzərinə yayılır.
160-180 dərəcədə isidilmiş sobada hazır olana qədər bişirilir.
Xallı keksimiz hazırdır, dilimləyib ağız şirinliyi ilə nuş edin.
Nuş olsun!
(Tərcümə edilib)