Qadin.NET / Manna piroqu (foto resept)

Manna piroqu (foto resept)

 Manna piroqu (foto resept)

Tərkibi:

Manna- 1stəkan

Şəkər tozu- 1 stəkan

Qatıq-1 stəkan

Yumurta- 2 ədəd

Limon- 1 ədəd

Qabartma tozu

Vanil

Un- 2 x.q

“Best Cow" kərə yağ-25 q

Duz

Səkər pudrası

Hazırlanması:

Manna piroqu (foto resept)

Mannanı qatıqla yaxşı-yaxşı qarışdırıb 30 dəqiqə şişməyini gözləyirik.

Manna piroqu (foto resept)

Bir qabda yumurtanın üzərinə şəkər tozu, vanil və azca duz əlavə edib mikserlə qarışdırırıq.

Manna piroqu (foto resept)

Limonu sürtkəçin iri gözündən qabığı ilə birlikdə keçirmək lazımdır. Sonra mannaya əlavə edib yenidən qarışdırmaq lazımdır. Bu dəfə qabartma tozunu da əlavə edirik. Xəmir bir az duru olduğu üçün üzərinə 2 x.q un da əlavə edirik.

Manna piroqu (foto resept)

Sonra piroqu bişirəcəyimiz qabı kərə yağı ilə yağlayıb xəmiri əlavə edirik. 180 dərəcədə bişirirk. 25-30 dəqiqə sonra diş çöpü ilə piroqun bişdiyini yoxlaya bilərsiniz. Piroq bişdikdən sonra üzərinə şəkər pudrası səpirik. manna piroqumuz hazırdır.

Manna piroqu (foto resept)

Nuş olsun!

2 oktyabr 2015
GO BACK