Tərkibi:
Un - 250 q
Qaymaq - 100 q
Yumurta - 1 ədəd
Şəkər tozu - 100 q
"Best Cow" kərə yağı - 150 q
Qabartma tozu - 1 c. q.
Üzəri üçün:
Şəkər tozu - 100-150 q
Üzüm qurusu (kişmiş) - 150 q
Limon - 1 ədəd
Qoz ləpəsi - 100 q
Bəzək üçün:
Şokolad - 100 q və 1 ədəd limonun qabığı (rəndələnmiş)
Hazırlanması:
Xəmir üçün əvvəlcə şəkər tozu və yağ qarışdırılır. Sonra yumurta əlavə edilib yenidən yaxşıca qarışdırılır.
Sonra qabartma tozu və unun yarısını əlavə edib xəmir yoğururuq. Daha sonra qaymağı əlavə edirik və indi unun ikinci yarısını əlavə edib yaxşıca qarışdırın. Piroqu bişərəcəyimiz qaba folqa və ya yağlı kağız qoyub xəmiri əlavə edirik (qabın ölçüsü isə belədir: 24 x 24). 180 dərəcədə isidilmiş sobada 30 dəqiqə ərzində bişməyə qoyuruq.
İndi isə qoz ləpəsi, yuyulmuş, qurudulmuş üzüm qurusu, tumsuz limon dilimləri və şəkər tozunu blenderdən keçirin.
Tam bişmiş biskviti sobadan çıxarın və isti-isti xırdalanmış qozu biskvitin üzərinə çəkin və yenidən isti sobaya yerləşdirin (15 dəqiqəlik). Soyudulmuş piroqun üzərinə rəndələnmiş şokolad və rəndələnmiş limon qabığı əlavə edin.
Dördbucaq formasında kəsib süfrəyə verə bilərsiniz. Limonlu piroqumuz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)