Qadin.NET / Armudlu şarlott (foto resept)

Armudlu şarlott (foto resept)

Tərkibi:

Un - 200 q

Qaymaq - 200 q

Yumurta - 3 ədəd

Şəkər tozu - 150 q

Şəkər kirşanı - 100-150 q

Qabartma tozu - 1.5 ç.q

Armud - 2 ədəd

Vanilin - 1 ç.q

Hazırlanması: 

İlk olaraq yumurta, qaymaq və şəkər tozunu  yaxşıca çalırıq.

Sonra un və qabartma tozunu, vanilini əlavə edib yenidən qarışdırmaq lazımdır.

Armudların qabığını soyun və hər birini nazik dilimlərə bölün. Şəkildəki kimi bölsəniz, daha gözəl olar.

Soba üçün olan qabı yağlayırıq, unlayırıq və xəmirin yarısını əlavə edirik. Daha sonra doğradığımız armudları xəmirin üzərinə düzürük və xəmirin 2-ci hissəsini də armudun üzərindən əlavə edirik. Sonra 180 dərəcədə əvvəlcədən qızdırılmış sobada 25-30 dəqiqə bişiririk və sobadan çıxaran kimi isti-isti üzərinə şəkər kirşanı səpirik. Piroq soyuduqdan sonra süfrəyə verə bilərsiniz.
Armudlu şarlott (foto resept)

Nuş olsun! nyam

(Tərcümə edilib)  

23 sentyabr 2015
GO BACK