Tərkibi:
Un- 2 stəkan
Qaymaq- 100 q
Yumurta- 4 ədəd
Şəkər tozu 1,5 stəkan
"Best Cow" kərə yağı- 200 q
Qabartma tozu- 1 ədəd
Kəsmik- 500 q
Alma- 4 ədəd
Darçın- zövqə görə
Hazırlanması:
İlk öncə yumurtanın sarısını ağından ayırmaq lazımdır. 1 yumurta sarısını kəsmiyin üzərinə əlavə edirik.
Qalan 3 yumurta sarısının üzərinə şəkər tozunun yarısını, kərə yağını, unu, qabartma tozu və qaymağı əlavə edib xəmir yoğururuq.
Soyuducuda 1 saat saxlayırıq.
Almaları təmizləyib ya nazik-nazik halqa formasında kəsirik, ya da sürtkəcin iri gözündən keçiririk.
Kəsmiyin üzərinə 0,5 stəkan şəkər tozu əlavə edib yaxşı-yaxşı qarışdırmaq lazımdır. Sonra xəmiri soyuducudan çıxarıb bişirəcəyimiz qaba qoyub yaymağa başlayırıq.
Xəmiri şəkildəki kimi qabın hər tərəfinə yaymaq lazımdır. Sonra üzərinə kəsmiyi əlavə edirik.
Sonra almanı düzürük və darçın səpirik üzərinə. 180 dərəcədə 30 dəqiqə bişirmək lazımdır. Bu vaxt ərzində yumurta ağlarını qalan şəkər tozu ilə beze halına salana kimi çalırıq.
Beznı üzərinə əlavə edib daha 5-7 dəqiqə bişiririk. Kəsmikli alma piroqumuz hazırdır.
Nuş olsun!