Qadin.NET / Qozlu peçenye

Qozlu peçenye

Tərkibi:

Un-140 q

"Best Cow" kərə yağı-120 q

Şəkər tozu 50 q

Yumurta-1 ədəd

Vanil

Duz

Qoz -100 q

Hər hansı meyvə cemi- 0,5 stəkan

Hazırlanması:

Qozlu peçenye

Qozu ilk öncə 180 dərəcədə qovururuq və bıçaqla xırda-xırda doğrayırıq.

Qozlu peçenye

Un, kərə yağı, yumurtanın sarısını, şəkər tozu, duz və vanili bir yerdə qarışdırıb xəmir yoğururuq.

Xəmiri əlimizdə uzunsov yumrulayıb 15 hissəyə bölürük.

Qozlu peçenye

Və əlimizdə şarik halına salırıq. 

Qozlu peçenye

Yumurtanın ağını yaxşıca çalırıq.

Qozlu peçenye

Şarikləri yumurtanın ağına batırıb sonra qozun üzərində bir az gəzdiririk ki, qoz ləpəsi peçenyenin hər tərəfinə dəysin. 

Sonra üzərindən azca basmaq lazımdır.

Qozlu peçenye

Və ortasına cem əlavə edib sobaya yerləşdiririk. 180 dərəcədə 15 dəqiqə bişirmək lazımdır.

Qozlu peçenye

Nuş olsun!

16 sentyabr 2015
GO BACK