Qadin.NET / Asan peçenye (foto resept)

Asan peçenye (foto resept)

Tərkibi:

Un- 500 q

"Best Cow" kərə yağı-400 q

Şəkər pudrası-200 q

Yumurta -4 ədəd

Duz-0,5 çay qaşığı

Duru yağ-1 xörək qaşığı

Hazırlanması:

Yağı öncədən soyuducudan çıxarıb yumşalmasını gözləyirik.

Asan peçenye (foto resept)

Xəmir edəcəyimiz qaba qoyub unu üzərinə ələyirik.

Asan peçenye (foto resept)

Şəkər pudrasını, yumurtaların sarısını və duzu əlavə edib əlimizlə xəmir yoğururuq.

Asan peçenye (foto resept)

Bir salafana qoyub soyuducuda 30-40 dəqiqə saxlayırıq.

Asan peçenye (foto resept)

Sonra xəmiri stolun üzərində şəkildə gördüyünüz kimi yayıb yumru-yumru kəsirik.

Asan peçenye (foto resept)

Peçenyeni bişirəcəyimiz qabı duru yağla ilk öncə yağlamaq lazımdır.

Asan peçenye (foto resept)

Və kəsdiyimiz peçenyeləri həmin qaba düzüb 180 dərəcədə 10-15 dəqiqə bişiririk. 

Dadlı və asan peçenyelərimiz hazırdır.

Asan peçenye (foto resept)

Nuş olsun!

14 sentyabr 2015
GO BACK