Qadin.NET / Meyvəli piroq (foto resept)

Meyvəli piroq (foto resept)

Meyvəli piroq (foto resept)

Tərkibi:

150 q. "Möcüzə" paket yağı

150 q.  Şəkər tozu

200  q. Un

2 ədəd Yumurta

100 q.  Xama

1 c. q. Qabartma tozu

1 c. q. Vanilin

Şaftalı - 4  ədəd

80 q. badam

Hazırlanması:

Meyvəli piroq (foto resept)

Badam blenderdə un halına qədər üyüdülür.

  Meyvəli piroq (foto resept)

Yağ və şəkər tozu mikserlə qarışdırılıb həll olunur, sonra vanilin əlavə olunur.

  Meyvəli piroq (foto resept)

Yumurtaları tək-tək qarışıma əlavə edərək mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra bu qarışıma üyüdülmüş badam əlavə olunur və  sonra xama əlavə olunur.

Sonda un və qabartma tozu əlavə edib son dəfə qarışdırırıq. 

 Soba listimizi yağlayıb unlayırıq.

    Meyvəli piroq (foto resept)

Şaftalı yuyulur, dilimlənir və şəkildəki kimi düzülür.

 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişiririk.

    Meyvəli piroq (foto resept)

Sonda isti - isti üzərinə şəkər kirşani səpirik.

  Və budur, piroqumuz hazırdır!

  Meyvəli piroq (foto resept)

Nuş olsun!

(Tərcümə  edilib)

2 avqust 2015
GO BACK