Tərkibi:
500 qr un
1 ədəd yumurta
1 st şəkər tozu
1 ç/q maya
0,5 st "Möcüzə" duru yağı
Süd apardığı qədər
Duz
Üzərinə:
Xaş-xaş
Şəkər tozu
"Möcüzə" duru yağı
1 ədəd yumurta
Hazırlanması:
Dərin qaba ərzaqlar əlavə edilib yumuşaq xəmir yoğrulur və mayalanmağa qoyuruq.
Mayalanmış xəmiri yenidən yoğurub 30 dəq dincəldib kiçik hissələrə ayırırıq.
Kündələri yayıb üzərinə bitki yağı çəkirik.
Üzərinə şəkər tozu və xaş-xaş səpirik.
Rulet şəklində burub bıçaqla kəsirik.
Qıraqları içəriyə doğru birləşdirib gül forması veririk. Zövqə uyğun formalar da vermək olar.
15-20 dəqiqə dinçəldib üzərinə yumurta çəkib 180-200 dərəcədə isidilmiş sobada hazır olana qədər bişiririk.
Xaş-xaşlı bulkalarımız hazırdır.
Nuş olsun!
(Tərcümə olunub)