Qadin.NET / Ərikli-çiyələkli piroq(foto resept)

Ərikli-çiyələkli piroq(foto resept)

Tərkibi:

Ərik- 500 q

"Möcüzə" paket yağı-100 q

Şəkər tozu -100 q

Un- 250 q

Yumurta- 3 ədəd

Xama- 100 q

Qaymaq- 100 q

Qabartma tozu- 1 ədəd

Şəkər udrası

Çiyələk -8-10 ədəd

Hazırlanması:

Ərikli-çiyələkli piroq(foto resept)

Əvvəlcədən ərikləri yuyub, tumunu çıxarıb qurumasını gözləyirik.

İlk olaraq yağın üzərinə yumurta, xama, qaymaq, və şəkər tozunu əlavə edib yaxşı-yaxşı qarışdırmaq lazımdır.

Ərikli-çiyələkli piroq(foto resept)

Sonra un və qabartma tozunu əlavə edib yenidən qarışdırmaq lazımdır.

Ərikli-çiyələkli piroq(foto resept)

Piroqu bişərəcəyimiz qaba yağlı kağız qoyub, xəmirimizin yarısını əlavə edib 190 dərəcədə 10 dəqiqə bişiririk.

Ərikli-çiyələkli piroq(foto resept)

Sonra əvvəlcədən yuyub tumunu çıxardığımız ərikləri şəkildə gördüyünüz kimi bişmiş piroqun üzərinə düzürük.

Və xəmirin 2-ci hissəsini də əriyin üzərindən əlavə edib 180 dərəcədə 45 dəqiqə bişiririk.

Ərikli-çiyələkli piroq(foto resept)

Piroq bir az soyuduqdan sonra kağızın üzərindən götürüb təqdim edəcəyimiz qaba qoyuruq.

Ərikli-çiyələkli piroq(foto resept)

Və çiyələyi üzərinə düzüb şəkər pudrası səpirik. Ərikli, çiyələkli piroqumuz hazırdır.

Ərikli-çiyələkli piroq(foto resept)

Nuş olsun!

14 iyul 2015
GO BACK