Tərkibi:
1,5 st un
1ç.q.duz
1x.q şəkər tozu
50 q "Möcüzə" paket yağı
125 ml qatıq
1ç.q quru maya
1x.q. su
İçlik üçün:
Alma
Qəhvəyi şəkər tozu
25 qr "Möcüzə"paket yağı
Hazırlanması:
Bütün ləvazimatları qarışdırıb ən sonda yağı əlavə edib xəmir yoğururuq.
Almaları dörd bucaq şəklində doğrayırıq. Bir tavada ya və şəkər tozu ilə almaları qovurub içlik hazırlayırıq.
Xəmiri iki hissəyə bölürük. Bir hissədən üç kündə ayırıb şəkildə gördüyünüz kimi kəsin.
Ortasına içlik yerləşdirib kənarları bir-birinin əksi istiqamətində bükün.
Bükməyə davam edin.
İndi isə son qalan hissəni hər iki tərəfdən dairəvi şəkildə birləşdirin.
Alınan nəticə budur.
Digər kündəni yayıb içlik qoyub rulet kimi bükün və hissələrə ayırın.
Budur, almalı bulkularımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)