Qadin.NET / Mioplopita-Yunan alma piroqu (foto resept)

Mioplopita-Yunan alma piroqu (foto resept)

Tərkibi:

Qat-qat xəmir

Alma-1 kq

Şəkər tozu -4 x.q

Kişmiş- 50 q

Qoz ləpəsi-100q

"Möcüzə" paket yağı-100-150 q

Darçın- 1ç.q

Bal-4 x.q

Limon

Hazırlanması:

Mioplopita-Yunan alma piroqu (foto resept)

İlk olaraq almanı və qozu xırda-xırda doğrayırıq. Alma, kişmiş, qoz, darçın və şəkər tozunu birlikdə qarşdırıb kənara qoyuruq.

Mioplopita-Yunan alma piroqu (foto resept)

Qat-qat xəmiri 4 hissəyə bölüb bişirəcəyimiz qaba uyğun açırıq.

Mioplopita-Yunan alma piroqu (foto resept)

Və xəmiri qaba qoyub üzərinə ərinmiş yağı çəkirik.

Mioplopita-Yunan alma piroqu (foto resept)

Hazırladığımız içliyi əlavə edirik. Və beləcə 4 dəfə təkara olunur.

Mioplopita-Yunan alma piroqu (foto resept)

Sonuncu xəmiri üzərinə qoyub qalan yağı əlavə edib şəkildəki kimi kəsmək lazımdır. 180 dərəcədə 40 dəqiqə bişiririk.

Piroqumuz bişərkən 0,5 limon şirəsinə 4 qaşıq balı əlavə edib az odda şirə hazırlayırıq.

Sonda şirəni piroqun üzərinə əlavə edib şəkər pudrası səpirik. Milopita Yunan alma piroqumuz hazırdır.

Mioplopita-Yunan alma piroqu (foto resept)

Nuş olsun!

(tərcümə edilib)

2 iyun 2015
GO BACK